Qoşqar Təhməzli rus həmkarı ilə pomidora qoyulan məhdudiyyətdən danışdı

qosqar-tehmezli-rus-hemkari-ile-pomidora-qoyulan-mehdudiyyetden-danisdi
Oxunma sayı: 1237

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə "Rosselxoznadzor" rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub.

AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 3-də AQTA sədri  Qoşqar Təhməzli ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub.

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan alma və pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı keçirilən görüşdə AQTA sədri alma və pomidor istehsalı ilə məşğul olan müəssisələrdə nəzarətin gücləndirilməsi, həmçinin təssərrüfatlarda aparılan bitki mühafizəsi tədbirləri və həyata keçirilən birgə videomonitorinqlərlə bağlı məlumatları diqqətə çatdırıb.

Aparılan telefon danışığı zamanı bitki mühafizəsi tədbirləri nəticəsində sağlamlaşdırılmış təsərrüfatlardan Rusiya Federasiyasına alma və pomidor məhsullarının  ixracı məsələsi müzakirə olunub.