Qoşqarçaydan qadın meyiti tapıldı

qosqarcaydan-qadin-meyiti-tapildi
Oxunma sayı: 1647

Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. 

Görülən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Həsənova Mehriban Əziz qızının meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.