Qoşunlara antiterror əməliyyatına hazırlıqla bağlı tapşırıqlar verildi - Foto

qosunlara-antiterror-emeliyyatina-hazirliqla-bagli-tapsiriqlar-verildi
Oxunma sayı: 4352

Azərbaycan Ordusunun təlimləri davam edir. 

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.