Qovlar şəhərində kitab paylandı

qovlar-seherinde-kitab-paylandi
Oxunma sayı: 3517


“Qafqazinfo” xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı, rayonun ziyalıları, müəllimlər və məktəblilər iştirak ediblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva kitab haqqında məlumat verərək bildirib ki, dünya tarixinə adını yazmış 50 böyük alim haqqında olan "Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsəd gənclərin elmə daha da meyillənməsinə dəstək göstərməkdir: "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağan meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək". 

Tədbirdə iştirak etmiş Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, rayon ziyalıları, müəllimlər və digər tədbir iştirakçıları çıxış edərək uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsini əhəmiyyətini vurğuladılar. Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirlərin sonunda fəallıqları ilə seçilən məktəblilərə müəllifi olduğu "Dünyanı dəyişən alimlər" kitabını hədiyyə etdi və bu il ali məktəbə daxil olmağa üz tutan 11-ci sinif şagirdlərinə uğurlar arzuları və ciddi hazırlaşmalarını tövsiyyə etdi. Millət vəkili Qənirə Paşayeva uşaqlarla söhbət edərək onlara bəzi istiqamətlərdə öz məsləhətlərini də verib.