Qoyundan tutmuş danışıq kartına kimi oğurladılar

qoyundan-tutmus-danisiq-kartina-kimi-ogurladilar
Oxunma sayı: 1158

Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin Salyan rayonu ərazisində başqa oğurluq hadisələrini də törətmələri üzə çıxıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, oğurluq etdiklərinə görə tutulmuş Böyükkişi Hacıyevin və Elmar Şıxəliyevin ətraflarında Salyan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 1 mağazadan 1500 manat, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, 3 həyətyanı sahədən isə 17 baş qoyun oğurlamaları da müəyyən edilib.