“Qafqazinfo”nun məlumatına görə, avqustun 19-da rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil edilən yarışda qadın atıcılar səngər stend üzrə mükafat uğrunda mübarizə aparıblar. Turnirdə Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Finlandiya, Rusiya və Özbəkistan təmsilçiləri iştirak ediblər.
Yarışda Qazaxıstan təmsilçisi Mariya Dmitriyenko qızıl, Qətər atıcısı Xoloud Əl-Xalaf gümüş, Finlandiya idmançısı Makella Numella Satu bürünc medal qazanıblar. Turnirdə Azərbaycanı təmsil edən Alina Rafixanova 7-ci yeri tutub.
Ümumi mükafat fondu 81 min ABŞ dolları olan yarışda 150–ə yaxın kişi və qadın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparır. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə idmanın atıcılıq növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir. Turnir avqustun 20-də başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər