Qran-Pridəki fasilə başa çatdı - Yenilənib

qran-prideki-fasile-basa-catdi
Oxunma sayı: 1910

Formula 1 yarışlarının direktoru Maykl Massi təhlükəsizlik məsələləri ilə əlaqədar bütün bolidlərin Pit-stop etməsi üçün yarışın müvəqqəti olaraq dayandırılması barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, hazırda yarış 49-cu dövrədə müvəqqəti olaraq dayandırılıb.

Komandalar mübarizəni davam etdirmək üçün son hazırlıqları görürlər.

***

Formula 1 Azərbaycan Qran-Prisində təhlükəsizlik məsələləri ilə əlaqədar bolidlərin Pit-stop etməsi üçün elan olunan fasilə başa çatıb.

Yarış 49-cu dövrədən bərpa edilib.

Qran-Prinin son iki dövrəsində 17 pilot mübarizə aparır.