Qrapplinqçilərimiz 7-12 otyabr 2024-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində U15, U17, U20, Böyüklər və veteranlar arasında baş tutan Dünya çempionatında 9 medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, U15 yaş qrupunda Abdulov Hacıəbdül bürünc, U17 yaş qrupunda Əliyeva Aysu qrapplinq növündə gümüş, Qrapplinq Gi versiyasında isə bürünc medala sahib olublar.
Veteranlardan 62 kq çəki dərəcəsində Məmmədov Səbuhi hər iki versiyada gümüş, U20 yaş qrupundan olan Əsgərov Elman və Verdiyev Emil isə gümüş medal qazanıb.
Böyüklərdən Bağırov Fərhad ilk görüşündə Ermənistan sonra Kanada, Polşa və finalda Ukrayna idmançısı üzərində qələbə qazanaraq dünya çempionu olub.
Purtiyev Hacımurad isə Dünya ikincisi olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, digər yaş qruplarında çempionlarımız olsa da, böyüklərdə gümüş və bürünc medallar qazansaq da, ilk qızıl medalı qazanan dünya çempionumuz Fərhad Bağırov olub.
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının vitse prezidenti Tural Mirzəyevdir.