Amerika Səsyazma Şirkətləri Assosiasiyasının icraçı direktoru, eləcə də “Qremmi” musiqi mükafatının təşkili ilə məşğul olan Deboru Duqan mükafatlandırma mərasimindən 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Variety” yazıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Təşkilat daxilində müstəqil istintaq aparılır.
Araşdırma tamamlanana qədər prezident vəzifələrinin Qəyyumlar Şurasının sədri Harvi Meyson icra edəcək.
Son xəbərlər
Son Xəbərlər