“Qremmi”nin 6 qat sahibi vəfat etdi

qremminin-6-qat-sahibi-vefat-etdi
Oxunma sayı: 924

Amerikalı blüz ifaçısı Doktor Con (əsl adı – Malkolm Con Rebennek) dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda artistin Feysbuk hesabının idarəçiləri məlumat yayıb. Musiqiçi 78 yaşında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Qeyd edək ki, Doktor Conun 20-dən çox musiqi albomu işıq üzü görüb. O, 6 dəfə “Qremmi” mükafatına sahib olub.