“Qremmi”yə namizədlər açıqlandı

qremmiye-namizedler-aciqlandi
Oxunma sayı: 1405

“Qremmi” mükafatının nominantları elan edilib.

“Qafqazinfo” “Billboard” nəşrinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvarında keçiriləcək müsabiqədə nominasiya sayına görə müğənni Lizzo liderdir. O, 8 nominasiya ilə qələbə uğrunda mübarizə aparacaq.

Billi Eyliş və Lil Nas X isə 6, Ariana Qrande 5 nominasiya üzrə qalibiyyətə namizəddirlər. Mükafat uğrunda Beyons, Lana Del Rey, Ledi Qaqa, Post Maloun, Teylor Svift də mübarizə aparacaqlar.