"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycanda ilk dəfə keçiriləcək sərginin rəsmi açılış mərasimi iyunun 12-də olacaq. Sərginin açılışında Monako knyazı II Albert iştirak edəcək.
Sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin (1929-1982) həyat yoluna həsr olunub. Eksponatlar Qreys Kellinin kinoaktrisalıq karyerası, eləcə də həyatının Monako knyazı III Renye ilə evləndikdən sonrakı dövrünü əks etdirir.
Sərgidə Qreys Kelliyə məxsus libaslar, zinət əşyaları, məktublar, fotoşəkillər və digər maraqlı eksponatlar nümayiş olunacaq.
Qeyd edək ki, Hollivudun məşhur kino ulduzu Qreys Kellinin həyat hekayəsini nəql edən “Qreys Kelli: şahzadə və stil ikonası” adlı sərgi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib.
Heydər Əliyev Mərkəzində iyunun 13-dən ictimaiyyət üçün açıq olan sərgi noyabrın 1-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər