Qriboyedovun Yerevandakı abidəsi təhqir edildi - Foto

qriboyedovun-yerevandaki-abidesi-tehqir-edildi
Oxunma sayı: 1690

Erməni millətçi Şant Arutünyanın oğlu Şaqen Arutünyan Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Feysbuk hesabında yazıb.

“Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq, Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini qırmızı rəngə boyadım”, - Arutünyan sosial şəbəkədə qeyd edib.

Ermənistanın hüquq mühafizə orqanları bu paylaşıma hələ hər hansı reaksiya verməyiblər.