Qripə qarşı peyvənd olunan insanların bu xəstəliyə tutulma riski daha azdır

qripe-qarsi-peyvend-olunan-insanlarin-bu-xesteliye-tutulma-riski-daha-azdir
Oxunma sayı: 1715

Qrip peyvəndi olan insanların olmayanlara nisbətən alzaymer xəstəliyinə tutulma riskinin 40 faiz daha az olduğu ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hyuston Universitetinin Texas Sağlamlıq Elmi Mərkəzinin alimləri qrip peyvəndi ilə alzaymer xəstəliyi arasındakı əlaqəni araşdırıblar.

Tədqiqatda yaşı 65-dən yuxarı olan 935 mindən çox peyvənd edilmiş və peyvənd olunmamış şəxsin məlumatları təhlil edilib.

Tədqiqat çərçivəsində 4 il ərzində müşahidə olunan subyektlər arasında peyvənd edilənlərin 5,1 faizində, peyvənd olunmayanların isə 8,5 faizində demansla bağlı xəstəlik aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada alzaymer xəstəsi olan 55 milyondan çox insan var.