Qripə yoluxdu, tamaşası təxirə düşdü

qripe-yoluxdu-tamasasi-texire-dusdu
Oxunma sayı: 4380

Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, aktrisa bu barədə instaqramda paylaşım edib.

O, səhhəti ilə əlaqədar səhnəyə çıxa bilməyəcəyini bildirib: “Sənətimi sevən tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz “Xurşidbanu Natəvan” tamaşası yanvarın 15-də olmayacaq. Son zamanlar yayılan qriplərin mənə də təsiri nəticəsində tamaşa ayın 26-na keçirilib. Allah izn versə, 26-da varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanunun qəzəlləri ilə sizləri sevindirəcəyəm”.

Əsədova xəstəxanada olduğunu, müalicə aldığını deyib.