Qriqorçuk Messini heyətə daxil etmədi

qriqorcuk-messini-heyete-daxil-etmedi
Oxunma sayı: 727

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna televiziyasına görmək istədiyi "11-liy"i açıqlayıb. Təcrübəli çalışdırıcı rəmzi komandasına "Barselona" və Argentina millisinin kapitanı Lionel Messini daxil etməyib.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis aşağıdakı oyunçuları simvolik heyətinə daxil edib:

Qapıçı: Andre Ter-Ştegen (“Barselona”)
 
Müdafiəçilər: Dani Alveş (klubsuz), Marselo (“Real”), Serxio Ramos (“Real”), Tyaqo Silva (PSJ)
 
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), İsko (“Real”), Enqolo Kante (“Çelsi”)
 
Hücumçular: Kriştiano Ronaldo (“Real”), Mario Mandzukiç (“Yuventus”), Robert Levadovski (“Bavariya”).
 
Baş məşqçi: Pep Qvardiola