“Qriqorçuk “Qəbələ ilə uğur qazanacaq”

qriqorcuk-qebele-ile-ugur-qazanacaq
Oxunma sayı: 719


“Qriqorçuk Ukraynanın ən perspektivli məşqçilərindəndi. Azərbaycanda uğur qazanacaq. Ona yerli klublar məşqçilik təklif etmədilər. Digər böyük klublarda isə boş yer yox idi. Rusiyadan da təklif almamışdı. Ölkələrarasındakı prinsipial məsələlərə görə, o, Rusiyaya üz tutmazdı. Avropadakı klublardan yerli məşqçilərə təkliflər gəlmir”.

 Qetsko həmçinin Romanı ölkəsinin ən yaxşılarından olduğunu bildirib: “Roman Qriqorçuk Azərbaycan klubu ilə il yarımlıq müqavilə imzalayıb. Görünür, onun geri qayıtmaq ümidi var. Vaxtilə Anatoli Demyanenka da belə etmişdi. Qriqorçuk Ukraynanın ən yaxşı 5 məşqçisindən biridi. Fomenko, Markeviç, Pavlov və Rebrov onu qabaqlayır”.

Qeyd edək ki, təcrübəli mütəxəssis əyalət klubunun sükanı arxasında ilk matçına Topaz Premyer Liqasında “Bakı” ilə matçda çıxacaq. Görüş fevralın 1-də baş tutacaq.