Qriqorçuk “Qəbələ”dən gedə bilər - Rusiyaya

qriqorcuk-qebeleden-gede-biler
Oxunma sayı: 782

Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Rusiya klubuna gedə bilər.

Qafqazinfo” xəbər verir ki, “Sport-Ekspress” nəşrinin yaydığı məlumata görə, “Kuban” klubu ukraynalı mütəxəssisin xidmətində maraqlıdır.

Qeyd edək ki, “Kuban”ı son günlərə qədər Sergey Taşuyev çalışdırırdı. Amma o, komandanın uğursuz çıxışına görə baş məşqçi postundan istefa verib. Hazırda baş məşqçisiz olan Krasnodar klubu keçirdiyi 25 oyunda topladığı topladığı 20 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.