Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, günün maraqla gözlənilən oyunu Zirədə baş tutub. “Zirə” “Qəbələ”ni qəbul edib, qarşılaşma “Qəbələ”nin 2:1 hesablı qələbəsi başa çatıb.
"Qәbәlә"nin baş mәşqçisi Roman Qriqorçuk oyundan sonra fikirlərini bildirib:
“Bütün oyunlar çәtin olur. Bugünkü qәlәbәdәn razı qaldım. Kubokda sәfәrdә qәlәbә qazanmaq yaxşıdır. Tәbii ki, sevinirik. Hakimliklә bağlı danışmaq istәmirәm. Çünki bu mәnim işim deyil. Bәzәn hakimlәr haqqında danışmışam. Amma bu gün fikir bildirmәk niyyәtindә deyilәm".
Ukraynalı mütәxәssis komandanın hücum xәttindә mәhsuldar ola bilmәmәsi haqqında da danışıb: "Cinah yarımmüdafiәçilәrinin daha çox top almasını, yaxşı oynamasını istәrdik. Dodo vә Sergey Zenyov bu gün pis oynamadı. Hücuma gәlincә, düzdür, burda bir az çәtinlik var. Forvardlarımıza tәzyiq etmirik. Sadәcә müәyyәn şeylәr düzәlmәlidir".
Qriqorçuk Ruslan Abışovun әvәzlәnmәsinә münasibәt bildirib: "Ruslan Abışovu sәhvlәrin görә әvәzlәmәdim. Sadәcә oyunun sonunda yorğun görünürdü. Rәqibin dә әks-hücumları artırdı. Ona görә dә әvәzlәdik. Stankov meydana çıxan kimi rәqibin sürәtli hücumunun qarşısını aldı".
Son xəbərlər
Son Xəbərlər