Qriqorçuk sözündə durdu- - Konfransda “aerodrom”la+Foto

qriqorcuk-sozunde-durdu-
Oxunma sayı: 913


“Qafqazinfo” xəbər verir ki, komandamız rəqibini 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq play-off mərhələsinə çıxa bilib. 

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk qələbəyə maraqlı reaksiya verib. Belə ki, o, jurnalistlərin qarşısına aerodrom papaqla çıxıb. 

Xatırladaq ki, Qriqorçuk bu barədə hələ “Apollon”un rəqib komanda olduğunu bildiyi zaman danışmışdı. Baş məşqçi rəqib komandanı mәğlub etdiyi təqdirdə mәtbuat konfransına məhz “aerodrom”la gələcəyini anons etmişdi. 

Elsevər

“Qafqazinfo”