Qriqorçukun yeni klubu bəlli oldu

qriqorcukun-yeni-klubu-belli-oldu
Oxunma sayı: 2278

“Qəbələ”dən ayrılan ukraynalı məşqçi Roman Qriqorçukun yeni klubu məlum olub.

Qafqazinfo” xəbər verir ki, mütəxəssis artıq Qazaxıstanın “Astana” klubu ilə müqavilə imzalayıb. Bu barədə “Astana” klubunun rəsmi saytına məlumat verilib. 

Qeyd edək ki, daha əvvəl Qazaxıstan mətbuatı Qriqorçukun “Astana”ya keçəcəyi ilə bağlı xəbər yaymışdı.