Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Fransanın Ermənistandakı səfiri Ann Luyo və Fransa İnkişaf Agentliyinin Cənubi Qafqazdakı nümayəndələri ilə görüşüb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş zamanı regional nəqliyyat kommunikasiyalarının bərpası üzrə işi müzakirə edilib.
Baş nazirin müavini iqtisadi məsələlər üzrə yol xəritəsinin təsdiq edilməsinin və ardıcıl həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər infrastrukturların inkişaf etdirilməsi, su və enerji sektorlarında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Bundan əlavə, Qriqoryan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə danışıqlar aparıb.
Son xəbərlər
Son Xəbərlər