Qriqoryan Aİ-nin nümayəndə heyəti ilə sərhəddəki vəziyyəti müzakirə etdi

qriqoryan-ai-nin-numayende-heyeti-ile-serheddeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1255

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüşdə Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ-nin “Şərq Tərəfdaşlığı” məsələləri üzrə səfiri Bris Rokvoy, Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin və Fransanın İrəvandakı səfiri Ann Luyo iştirak edib.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.