Qriqoryan Vaşinqtonda Bakı ilə sülhü müzakirə edib

qriqoryan-vasinqtonda-baki-ile-sulhu-muzakire-edib
Oxunma sayı: 826

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Derek Hoqan arasında Vaşinqtonda görüş olub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar aparıblar.

Onlar, həmçinin regional təhlükəsizliyi müzakirə ediblər.