Qriqoryandan delimitasiya komissiyasının tərkibi ilə bağlı açıqlama

qriqoryandan-delimitasiya-komissiyasinin-terkibi-ile-bagli-aciqlama
Oxunma sayı: 2178

“Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası məsələləri ilə bağlı komissiyalarda tərəflərin nümayəndələrinin sayı əhəmiyyətli rol oynamır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərin “Nəyə görə Ermənistan tərəfinin nümayəndələrinin sayı Azərbaycan tərəfindən olan nümayəndələrin sayından iki dəfə azdır?” sualına cavab verərkən deyib.

Xəbəri rus dilində oxuyun: Скидка до 3% для предпринимателей от AccessBank!

Qriqoryan qeyd edib ki, komissiya üzvləri müxtəlif formatlarda mütəxəssislərlə danışıqlar aparır: “Danışıqlara başlamazdan əvvəl İşçi Qrup hazırlıqlar görür. Əgər qrupa nazir müavinləri daxildirsə, bu, o demək deyil ki, qurum əməkdaşları hazırlıqda iştirak etmir. Tərkib baxımından problem görmürəm”.

Onun sözlərinə görə, Moskvada keçiriləcək növbəti görüşə gəldikdə isə, bu görüşdə təbii olaraq sərhədlərin delimitasiyasına aid məsələlər müzakirə ediləcək: “Bu, birinci görüşün davamı olacaq. İşçi Qruplar bu məsələdə necə irəliləyişə nail olmağı müzakirə edəcəklər”.

O bildirib ki, görüşün dəqiq tarixi hələ məlum deyil.