Ukraynanın milli valyutası qrivna sürətlə ucuzlaşır.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ötən ilin sonunda 1 dollar 27 qrivna dəyərində olsa da, yanvarın ortalarından etibarən 28, 8 qrivnadır.
Ekspertlər hesab edirlər ki, qış aylarının sonuna qədər bu rəqəm 30 qrivnaya qədər arta bilər. O da qeyd edilir ki, devalvasiya bölgədə əhalinin yaşayış şəraitinə mənfi təsir edəcək. İstehsalçılar isə artıq qiymətləri artırmaq niyyətində olduqlarını bəyan ediblər.
Avropanın yenidənqurma və inkişaf banklarının araşdırmasında qeyd edilir ki, Ukrayna əhalisinin yalnız ¼-i yaşayış şəraitindən razıdır. Bu isə regionda iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrə görə ən aşağı göstəricidir.
Son xəbərlər
Son Xəbərlər