Qrizmanın arzuları...

qrizmanin-arzulari
Oxunma sayı: 1349

Fransa milli komandasın ulduzu Antuan Qrizman verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu gün dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq “xoruzlar”ın əsas qol silahı dünya çempionu olmaq istədiyini deyib.

Qrizman fikirlərini qısa ifadə edib: “Mənim arzularım var. Dünya çempionu olmaq istəyirəm, Çempionlar Liqasını qazanmaq istəyirəm və ABŞ-da sakitcə futbol oynamaq istəyirəm”.