Qrizmann Mbappeni Ronaldo və Messi ilə müqayisə etdi

qrizmann-mbappeni-ronaldo-ve-messi-ile-muqayise-etdi
Oxunma sayı: 2138

“Barselona”nın futbolçusu Antuan Qrizmann PSJ-yə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra rəqib hücumçu, həmyerlisi Killian Mbappe barədə xoş sözlər söyləyib.

“Qafqazinfo” xəbər verir ki, o, matçdan sonra fransalı forvardın oyunda göstərdiyi performansın Ronaldo və Messi səviyyəsində olduğunu bildirib:

“Hamımız Mbappenin qollarının dadını çıxartmalıyıq. Ronaldo və Messi səviyyəsində bir futbolçu var. Cavab oyununa gəlincə, təbii ki, Parisə gəzməyə deyil, qələbə qazanmaq üçün gedəcəyik”.