İspaniya La Liqasının 26-cı turunun daha bir oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, "Atletiko" öz meydanına "Leqanes"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolların hamısını Madrid klubunun hücumçusu Antuan Qrizmann vurub.
Qələbə nəticəsində xalını 61-ə yüksəldən Dieqo Simeonenin komandası 3-cü pillədəki rəqibindən 10 xal aralanıb.
Son xəbərlər
Son Xəbərlər