“Qrupda vəziyyətimizi düzəltməliyik”- - Baş məşqçi

qrupda-veziyyetimizi-duzeltmeliyik-
Oxunma sayı: 865


“Azərbaycan milli komandasında potensial var. Biz indi üzərimizdə işləməliyik. Müdafiə və hücum xətti üzərində çalışmalıyıq. Yeni komanda qurmaq və nəticə qazanmaq lazım olacaq. Komandadakı psixoloji vəziyyəti düzəltmək lazımdı. Azərbaycan ölkə olaraq da mənim xoşuma gəldi. Çünki insanlar çox qonaqpərvərdir”.

Prosineçki yığmamızın AVRO-2016-nını seçmə mərhələsində qazandığı nəticələr haqqında da fikirlərini bildirib: “Azərbaycan millisi seçmə mərhələnin startından bu tərəfə 4 oyunun hamısında məğlub olub. Bu təbii ki, pis nəticədi. İndi biz ən azından seçmə mərhələnin sonuna kimi vəziyyətimizi düzəltməliyik. Azərbaycan çempionatını izləyirəm. Milliyə iddialı futbolçular var. Onların içindən ən yaxşılarını seçib güclü komanda qurmalıyıq Çünki biz iddialı rəqiblərə mübarizə aparmaq məcburiyyətindəyik”.