“Qrupdan çıxmaq şanslarımız qalır” - Dani Kintana

“Qrupdan çıxmaq şanslarımız qalır”
Oxunma sayı: 770

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən "Qarabağ" - "Sevilya" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra "Qafqazinfo"ya açıqlama verən Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana məğlubiyyəti şərh edib.

““Sevilya”nın gücünü bilirdik. Çətin oyun keçdi. İlk qola qədər yaxşı oynadıq. Lakin ilk qoldan sonra konsentrasiyanı itirdik. Bundan sonra 2 qol buraxdıq. Lakin qrupdan çıxmaq şanslarımız qalır. Bunun üçün mübarizə aparacağıq. Növbəti oyunda səfərdən qələbə ilə dönməyə çalışacağıq”.

Elsevər


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi