“Qrupdan lider kimi çıxmaq istəyirik” - Beyl

“Qrupdan lider kimi çıxmaq istəyirik”
Oxunma sayı: 1195

Uels millisinin futbolçusu Qaret Beyl Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda İtaliya ilə matç öncəsi fikirlərini bölüşüb.

“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bunları deyib:

“Əldə etdiklərimizdən razı qala bilmirik. Buna görə də qarşıdakı oyunda qalib gəlməyə çalışacağıq. Uels millisi qrupdan lider kimi çıxmaq istəyir. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

İtaliya qrupun lideridir və bu komandaya qarşı Romadakı oyunumuz xüsusi olacaq. Avropa çempionatının ruhuna girə bilmirsinizsə, deməli, buraya aid deyilsiniz. Uels milli komandası bununla bağlı heç vaxt problem yaşamayıb. Ona görə də çox iddialıyıq”.

Qeyd edək ki, sözügedən matç bu gün 20:00-da başlayacaq.