“Quaidonun həbsxanaya girəcəyi gün gələcək” - Maduro

quaidonun-hebsxanaya-gireceyi-gun-gelecek
Oxunma sayı: 1526

Venesuela Prezidenti Nikolas Maduro müxalifət lideri Xuan Quaidonun gec-tez dəmir barmaqlıqlar arxasında olacağını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, yerli telekanalların birindəki çıxışında deyib:

“Respublika məhkəmələri etdiyi cinayətlərə görə cənab Xuan Quaidonun həbs edilməsi haqda vəsatət verdiyi gün o, həbsxanaya girəcək. Həmin gün mütləq gələcək”.

Qeyd edək ki, 2019-cu il yanvarın 23-də Venesuelada siyasi böhran başlayıb. Quaido özünü qanunsuz olaraq dövlət başçısı elan edib. Maduro bunu dövlət çevrilişinə cəhd adlandıraraq bu işdə ABŞ-ı günahlandırıb və Amerika ilə əlaqələrə son qoyub.