Quaydo xalqı şənbə günü mitinqə səslədi

quaydo-xalqi-senbe-gunu-mitinqe-sesledi
Oxunma sayı: 1026

Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə əhalisini mayın 11-də etiraz aksiyalarına çıxmağa səsləyib.

“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla Quaydo özü bu gün Karakasda keçirdiyi mətbuat kofransında çıxış edib:

“Qorxu bizi küçələri tərk etməyə məcbur edə bilməyəcək. Şənbə günü biz bütün ölkə üzrə mitinqlərə qayıdırıq. Təkcə parlamenti deyil, vətəndaşları da qorumaq üçün”.

Müxalifətçi əmindir ki, hökumət milli parlamenti demontaj etmək istəyir: “Lakin rejimin hər hücumu Venesuela xalqını daha güclü edir”.