Quaydonun deputat toxunulmazlığı ləğv edildi

quaydonun-deputat-toxunulmazligi-legv-edildi
Oxunma sayı: 1154

Venesuela Milli Məclisi ölkədə inqilaba cəhd edən müxalifət lideri Xuan Quaydonun deputat toxunulmazlığını ləğv edib. “Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi məlumata görə, bu barədə parlamentin nümayəndəsi Diosdado Kabelio bildirib. 

“Xuan Quaydonun toxunulmazlığı qanun çərçivəsində məhdudlaşdırıldı”, - deyə D. Kabelio açıqlayıb.

Müxalifət lideri isə Milli Məclisin onun toxunulmazlığını ləğv etməyə heç bir hüquqi əsası olmadığını söyləyib: “Siz rejimin necə davrandığını bilirsiniz – bu, artıq yalnız təqib deyil, bu, inkvizisiyadır”.

Xatırladaq ki, Vensuela hökuməti X. Quaydoya 15 il müddətinə hökumətdə vəzifə tutmaq qadağası qoyub. O isə 6 apreldə prezident Nikolas Maduroya qarşı “Azadlıq əməliyyatı” keçirəcəyini açıqlayıb.