Venesuelada inqilaba cəhd edən müxalifət lideri Xuan Quaydo barəsində cinayət işi açılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyasının rəhbəri Xulio Qarsia Serpa ölkə televiziyasının efirində bildirib.
“O, bütün etdiklərinə görə cavab verməli, vətənə xəyanət etdiyinə görə məsuliyyətə cəlb edilməlidir”, - deyə Serpa bəyan edib.
Qeyd edək ki, Venesuela Milli Məclisi Xuan Quaydonun deputatlıq toxunulmazlığını ləğv edib. Ona 15 il müddətinə hökumətdə vəzifə tutmaq qadağası qoyulub. Quaydo isə 6 apreldə prezident Nikolas Maduroya qarşı “Azadlıq əməliyyatı” keçirəcəyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər