Quba meşə massivinin yaxınlığında yanğın

quba-mese-massivinin-yaxinliginda-yangin-
Oxunma sayı: 699

Bu gün axşam saatlarında Qubanın Qımıl kəndi ərazisində meşə massivinin yaxınlığında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ans press-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmazdakı Şimal Regional Mərkəzi xəbər verib.

Regional Mərkəzin verdiyi məlumata görə, yanğına səbəb havanın isti olması və vətandaşın təmizlik işi apararkən ehtiyatsız davranması səbəb olub.

Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırmalar aparılacaq.

Yanğının ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir və digər səbəblər araşdırılır.