“Quba Palace Hotel”də “Yaz fürsəti” kampaniyası başlayır - Fotolar

quba-palace-hotelde-yaz-furseti-kampaniyasi-baslayir
Oxunma sayı: 5568

Bu gündən “Quba Palace Hotel”də “Yaz fürsəti” kampaniyasına start verilir. Hoteldə həftə sonu üçün otaq bron edən hər kəs 30 faiz endirim qazanmaq fürsətindən yararlana bilər. Kampaniya 5 aprel - 5 may tarixlərində keçərlidir. Endirim yalnız otaqlara həftə sonu üçün rezervasiya etdikdə tətbiq olunur. 

Hotel qonaqlara şəhərin səs-küyündən, tıxac və digər problemlərdən uzaqda, insanın ruhunu dincəldən istirahət təklif edir. Bakıya ən yaxın məsafədə yerləşən hotel ailəvi istirahət üçün ideal məkandır.

Dəbdəbəli beşulduzlu “Quba Palace Hotel” Azərbaycanın ən mənzərəli bölgələrindən birində – Qubada yerləşir. Dağların arasında, meşələrlə əhatə olunmuş, gözəl təbiətin qoynunda yerləşən hotel misilsiz istirahət ab-havası yaradır, qonaqlara unudulmaz təəssüratlar bəxş edir və onlara gözəl əyləncə vəd edir.
Gölə və dağlara açılan inanılmaz dərəcədə gözəl mənzərəsi olan fərqli kateqoriyalı 526 çarpayı, restoranlar və barlar, misilsiz qolf meydançası, SPA, əyləncə mərkəzi və bir çox xidmətlər – Qubadakı beşulduzlu hoteldə qonaqları gözləyən məhz budur.

Buna görə də indidən istirahətinizi “Quba Palace Hotel”də planlaşdırın. Burada gözəl istirahətdən və yüksək səviyyəli peşəkar xidmətdən zövq ala bilərsiniz. Bütün bunlar hoteldə keçirdiyiniz istirahətinizi unudulmaz və müsbət təəssüratlara qərq edəcək. 

Elə indi hoteldə nömrə bron edərək, “Quba Palace Hotel”də xoş istirahət etmək şansından yararlanın!

Rəsmi sayt - www.qubapalace.com

Facebook - https://www.facebook.com/qubapalacehotel

Instagram - https://www.instagram.com/qubapalacehotel

Telegram – @qubapalacehotel

Əlaqə nömrələri: (+99412) 404- 34-34, (+99450) 281-81-50.