Quba sakininin 9 min manatını oğurlayan yeniyetmə saxlanıldı

quba-sakininin-9-min-manatini-ogurlayan-yeniyetme-saxlanildi
Oxunma sayı: 1074

Ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.
 
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub. 
 
Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.