Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb - Fotolar

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb
Oxunma sayı: 5982

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

"Qafqazinfo" "AZƏRTAC"a istinadən xəbər verir ki, mayın 7-si şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb.

Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.