Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.
Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.
Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.
Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir.
***
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər