Quba və Zaqatalada bələdiyyə sədrləri cəzalandırıldı

quba-ve-zaqatalada-belediyye-sedrleri-cezalandirildi
Oxunma sayı: 2447

Qubada bələdiyyə sədri sanitariya-gigiyena qaydalarının pozulmasına görə cəzalandırılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Möhüc kəndi  ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Möhüc kəndinin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan başqa, Zaqatala rayonunda sanitar-gigiyena qaydalarının pozulması halları aşkarlanıb.

Nazirliyin Şəki regional qrupundan bildirilib ki, Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları müəyyən olunub.

İXM-nin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Həmçinin eyni ərazilərdə çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb ediliblər.