Quba-Xaçmaz yolunda qəza, maşın iki hissəyə ayrıldı - Yenilənib + Fotolar

Quba-Xaçmaz yolunda qəza, maşın iki hissəyə ayrıldı
Oxunma sayı: 5742

Quba-Xaçmaz yolunun 7-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Quba sakini Elman Rzayevin idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə Sumqayıt sakininin idarə etdiyi “Naz Lifan” markalı 50 DB 355 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə, “VAZ 21 06” markalı avtomobil iki hissəyə ayrılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin və Təcili Tibbi Yardımın əməkdaşları gəlib.

***

Qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralananlardan biri Quba sakini 1985-ci il təvəllüdlü  Mahir Babayev dünyasını dəyişib.

Emin Kərimov












Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi