Quba-Xınalıq yolu bağlandı-Fotolar+Video+Yenilənib

quba-xinaliq-yolu-baglandi-fotolarvideoyenilenib
Oxunma sayı: 7099

Günün ikinci yarısından sonra başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində selə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, təbii fəlakət nəticəsində kəndə giriş-çıxış bağlanıb. 3 saat davam edən sel Bostankeş kəndinin 5 sakininə ziyan vurub, evlərin hasarlarını aşırıb.

Sahələrdə əkilən kartof sahələrini və arı yeşiklərini də sel aparıb. Quba-Bostankeş yolu hazırda bağlıdır. Əraziyə texnika göndərilməsi gözlənilir. Yağış yağmağa davam edir.

***

Qubanın Bostankeş və Xınalıq kəndlərinə gedən yolu palçıq və qaya parçaları bağlayıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı "Yol İstismarı İdarəsi" MMC-nin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə baxış keçirilib:

"Vəziyyətlə tanış olmuşuq. Hal-hazırda ərazidə olan texnika az da olsa bu istiqamətdə işləyir. Lakin, yolun açılması üçün daha çox və lazımi texnikanın cəlb olunması zaman tələb edir. Bu səbəbdən yolun açılması işinə səhər saatlarından başlanılacaq".

Emin Gülağaoğlu