Quba-Xınalıq yolu bağlıdır- - Sürücülərin nəzərinə

quba-xinaliq-yolu-baglidir-
Oxunma sayı: 1546


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.