Quba-Xınalıq yolu ilə bağlı rəsmi açıqlama

quba-xinaliq-yolu-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 736

Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa olunub. 

AAYDA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, ötən gün günorta saatlarında yolun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənib.

Ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur. Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.