Quba-Xınalıq yolunda hərəkət bərpa edildi - Fotolar - Yenilənib

quba-xinaliq-yolunda-hereket-berpa-edildi
Oxunma sayı: 3014

Güclü yağış nəticəsində bağlanmış Quba-Xınalıq yolunun bir hissəsində hərəkət bərpa olunub.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Həmçinin oxuyun: Закрыт пост “Лачин” - Баку поставил условие

Bildirilib ki, yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. 

Qeyd edilib ki, Quba-Xınalıq avtomobil yolunda təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb:

“Əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissəsində işlər davam etdirilir”.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün “5 N-li Yol İstismarı” MMC tərəfindən təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.