Səfərin ikinci günü Q.İbadoğlu bir sıra görüşlər keçirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-a iqtisadçı özü bildirib.
O, qeyd edib ki, səfər çərçivəsində ABŞ Dövlət Departamentinin İnsan Haqları, Demokratiya və Mülki Təhlükəsizlik katibliyinin, Dünya Bankının yaxşı idarəetmə, BMT-nin Anti-Korrupsiya Koalisiyasının, Təbii Resursların İdarəedilməsi İnstitutunun, Açıq Büdcə Tərəfdaşlığı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. O, həmçinin çoxtərəfli formatda bır sıra müzakirələrə qatılıb və Azərbaycandakı ictimai-siyasi, eləcə də sosial-iqtisadi durumla bağlı çıxışlar edib.
Qubad İbadoğlu fevralın 13-dən başlayan Mədən Sənayesində Şəffaflıq və Açıq Hökumət Təşəbbüsləri üzrə toplantılarda iştirak və vətəndaş cəmiyyəti protokolu mövzusunda məruzələr edəcək. Səfər fevralın 17-də başa çatır. Q.İbadoğlu həmçinin Vaşinqtonda “Amerikanın səsi” televeziyasina da geniş müsahibə verərək, bu məsələlərdən danışıb.
Qeyd edək ki, Vaşinqtonda ilk müzakirələr Şəffaflıq və Hesabatlılıq Təşəbbüsü və Dünya Bankının dəstəyi ilə təşkil olunub. Səfərin ilk günü Q.İbadoölunun iştirak etdiyi konfransda dünyanın mötəbər beynəlxalq təşkilatları - OECD, OGP, EİTİ, İCNL, USAİD, UNCAC, OBP, Tİ, NRGİ, PWYP,OSF, CAFOD, CİVİCUS, Ford Foundation və digərləri təmsil olunub.
Onun çıxışı regionda, xüsusilə də Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və onların beynəlxalq təşəbbüslərdə iştirakına həsr olunub.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlunun ABŞ-ın paytaxtı Vaşinqtonda səfəri davam edir. Səfərin ikinci günü Q.İbadoğlu bir sıra görüşlər keçirib. Bu barədə musavat.com-a iqtisadçı özü bildirib.
O, qeyd edib ki, səfər çərçivəsində ABŞ Dövlət Departamentinin İnsan Haqları, Demokratiya və Mülki Təhlükəsizlik katibliyinin, Dünya Bankının yaxşı idarəetmə, BMT-nin Anti-Korrupsiya Koalisiyasının, Təbii Resursların İdarəedilməsi İnstitutunun, Açıq Büdcə Tərəfdaşlığı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. O, həmçinin çoxtərəfli formatda bır sıra müzakirələrə qatılıb və Azərbaycandakı ictimai-siyasi, eləcə də sosial-iqtisadi durumla bağlı çıxışlar edib.
Qubad İbadoğlu fevralın 13-dən başlayan Mədən Sənayesində Şəffaflıq və Açıq Hökumət Təşəbbüsləri üzrə toplantılarda iştirak və vətəndaş cəmiyyəti protokolu mövzusunda məruzələr edəcək. Səfər fevralın 17-də başa çatır. Q.İbadoğlu həmçinin Vaşinqtonda “Amerikanın səsi” televeziyasina da geniş müsahibə verərək, bu məsələlərdən danışıb.
Qeyd edək ki, Vaşinqtonda ilk müzakirələr Şəffaflıq və Hesabatlılıq Təşəbbüsü və Dünya Bankının dəstəyi ilə təşkil olunub. Səfərin ilk günü Q.İbadoölunun iştirak etdiyi konfransda dünyanın mötəbər beynəlxalq təşkilatları - OECD, OGP, EİTİ, İCNL, USAİD, UNCAC, OBP, Tİ, NRGİ, PWYP,OSF, CAFOD, CİVİCUS, Ford Foundation və digərləri təmsil olunub.
Onun çıxışı regionda, xüsusilə də Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və onların beynəlxalq təşəbbüslərdə iştirakına həsr olunub.
Son xəbərlər
Son Xəbərlər