“Dəyərli müsavatçı və cəbhəçi dostlarım! Müsavatçı və AXCP-çi dostlarıma güvəndiyimdən, onların məni eşidəcəyinə inandığımdan dərin üzüntünün, eyni zamanda əqidə dostlarıma olan sarsılmaz inamın doğurduğu qarışıq bir hiss içində bu kiçik müraciəti qələmə alıram.
Biz - müsavatçılar və cəbhəçilər azad və demokratik Azərbaycan uğrunda verdiyimiz mücadilənin çox çətin sınaqlarından çıxmışıq, ağır və məşəqqətli zamanlarda bir tikəmizi qardaş səxavəti ilə min yerə bölmüşük. Xalqın gözü tərəzidir, məhz elə ona görə də Azərbaycan xalqının böyük bir hissəsinin ümid yerinə çevrilmişik. Ancaq illərlə misqal-misqal qazandığımız bu ümid yeri ünvanını, nə yazıq ki, indi fərqinə varmadan, zalımcasına batman-batman xərcləyirik, demokratik düşərgəni gərəksiz eqolarımız və çürük ittihamlarımızla gözdən salırıq.
Dəyərli dostlarım! Bir daha sizə səslənirəm, bizə müstəqillik və demokratiya kimi əvəzolunmaz sərvət bəxş eləmiş Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolunun həqiqi davamçılarına üz tuturam. Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur, olsa belə, o Pirr qələbəsi heç bir tərəfə lazım deyil! Bəs onda nədən bu “savaşı” dayandırmır, bu nifaq alovunu körükləyənlərə “dur” demirik?!”
Bizimyolinfo.com
Son xəbərlər
Son Xəbərlər