“Qafqazinfo”nun verdiyi xəbərə görə, mərkəzin sədri Qubad İbadoğlu bildirib ki, 3 saatadək davam edən axtarışdan sonra Mərkəzin və İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar: “Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb və sifraiş yuxarıdan gəlib. Hesab edirəm ki, bu mənim Mədən sənayesində şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətindəki fəaliyyətimlə bağlıdır".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər